AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Turkish Journal of Mathematics & Computer Science” beynəlxalq jurnalının redaksiya heyətinin üzvü seçilib.
Onlayn jurnalda riyaziyyat və kompüter elmlərinin bütün sahələrinə aid tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.
Nəzəri və tətbiqi riyaziyyat, qeyri-səlis nəzəriyyə, alqoritmlər, elmi hesablama, süni intellekt, eləcə də təbiət elmlərində, mühəndislik, tibb və ictimai elmlərdə riyaziyyat və riyazi biliklərin tətbiqi jurnalın əsas elmi istiqamətləridir.