Yapon mühəndisləri təsviri gözün torlu qişasına proyeksiya edən eynək ixtira ediblər 2016-03-03 16:35:06 / KONFRANSLAR

Yaponiyanın “QD Laser” şirkəti təsviri skan edərək onu birbaşa gözün torlu qişasına proyeksiya edən eynək prototipi hazırlayıb.

Tokio Universitetinin əməkdaşları ilə birgə şirkətin mühəndisləri tərəfindən hazırlanmış "torlu qişanın lazer skanı" adlı innovativ texnologiya zəif görmə qabiliyyətli insanları göz əzələlərinin gərginliyindən xilas edəcək: eynək skan zamanı əldə olunmuş təsviri özü gözün torlu qişasına proyeksiya edəcək. Belə okulyarlar oftalmoloji xəstəliklərdən əziyyət çəkən insanlar üçün xilas olmaq deməkdir.

Hazırda “QD Laser” şirkəti Əczaçılıq Preparatları və Tibbi Qurğular Agentliyi (“Pharmaceuticals and Medical Devices Agency”, “PMDA”) ilə konsultasiyalar aparır. Bu ixtiranın əlavə edilmiş reallıq texnologiyasına malik tibbi qurğu kimi istehsalı məsələsi müzakirə edilir.

Əlavə edilmiş reallıq texnologiyasından istifadə edən kompüter qurğuları real vaxt rejimində vizual təsviri qəbul edilən obyektlər haqda virtual məlumatlarla tamamlayır. "Əlavə edilmiş reallıq" texnologiyası tibb, hərbi texnika, kompüter oyunları və mobil texnologiyalarda geniş tətbiq edilir.

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024