“Google” şirkəti səsli redaktə funksiyasını istifadəyə verib 2016-02-29 16:09:53 / KONFRANSLAR

 

“Google” şirkətinin proqramçıları “Google Docs” onlayn redaktə xidmətində yeni funksiya təqdim ediblər. Artıq istifadəçilər mətni səsin köməyilə yığmaqla yanaşı, onu redaktə edə bilərlər. Sözügedən funksiya hələ ki, yalnız ingilis dilində əlçatandır.

 

3dnews.ru saytının məlumatına görə, səs əmrlərinin köməyilə sözü seçmək, yeni abzasdan başlamaq, bu və ya digər sözü əvəz etmək, köçürmək, mətnin şriftini qalın etmək və s. mümkündür. Lakin bu xidmətdən yalnız fərdi kompüterlərdə istifadə etmək olar.

 

Qeyd edək ki, “Google Docs” xidmətində mətnin səslə daxil edilməsi funksiyası 2015-ci ilin sentyabrında istifadəyə verilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024