İstənilən orqanın vəziyyətini dəqiq müayinə edən sensor yaradılıb 2016-02-29 15:53:08 / KONFRANSLAR

 

ABŞ-ın Vaşinqton və İllinoysk universitetlərinin əməkdaşları tərəfindən beyinə implantasiya edilən simsiz sensorlar hazırlanıb.

 

Yeni tip sensorlar zərurət yarandıqda kəllədaxili temperatur, təzyiq, turşuluq dərəcəsi daxil olmaqla, müxtəlif parametrlərin müayinəsini həyata keçirməyə imkan verir.

 

Yeni texnologiyada böyükölçülü naqilli sensorlarda mövcud olan çatışmazlıqlar (infeksiya keçirmə və toxumaların arzuolunmaz reaksiyası) mövcud deyil. Alimlərin sözlərinə görə, yeni həll istənilən orqanın vəziyyətinin monitorinqində istifadə edilə bilər. Yaxın vaxtlarda yeni texnologiya insanlar üzərində sınaqdan keçiriləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024