Barselonada keçirilən Ümumdünya Mobil Konqresində Cənubi Koreyanın “Samsung” şirkəti yeni nəsil “Galaxy S7” və “Galaxy S7 Edge” qabaqcıl smartfonlarını təqdim edib.
“Galaxy S7” modeli 5.1 düym diaqonallı, “Galaxy S7 Edge” isə 5.5 düym diaqonallıdır.
gazeta.ru yazır ki, Android Marshmallow 6.0 sistemi ilə iləyəcək smartfonların interfeysi TouchWiz-dir. Yeni smartfonların əməli yaddaşı 4 Gb, daxili yaddaşı isə 32 Gb-dir.
Qurğunun əsas kamerasındakı meqapiksellərin sayı 16 Mp-dən 12 Mp-yə qədər azaldılıb.
Smartfona verilən Always-On Display funksiyası isə qurğu blok edildikdə belə displeyi aktiv saxlayır. Bu daxil olan bildirişləri, cavabsız zəngləri və vaxtı izləməyə imkan verir. Su keçirməyən yeni smartfonlar IP68 standartını dəstəkləyir.
Artıq smartfonları şirkətin rəsmi saytından sifariş etmək mmümkündür.