Alimlər insan sümükləri və əzələlərinin çapı üçün 3D-printer yaradıblar 2016-02-18 16:56:43 / KONFRANSLAR

Amerikalı biomühəndislər gövdə hüceyrələri və xüsusi polimer şablonların köməyi ilə insan bədəninin ayrı-ayrı sümüklərinin, əl, qulaq və qığırdaqların surətinin çap edilməsinə imkan verən qeyri-adi üçölçülü bioprinteri sınaqdan keçiriblər.

 

“Toxuma və orqanların çap edilməsi üzrə yeni texnika xəstələr üçün orqanlar hazırlamağa imkan verən texnologiyanın yaradılması istiqamətində atılmış mühüm və çox ciddi addımdır. Gələcəkdə sözügedən texnologiya implantasiya üçün yararlı toxuma olacaq və orqanların üçölçülü texnologiya üzrə çapına kömək edəcək”, – deyə amerikalı alim Entoni Atala deyib.

 

ria.ru saytının məlumatına əsasən, gövdə hüceyrələrinin köməyi ilə orqanların yetişdirilməsində əsas maneələrdən biri odur ki, onların çapı yalnız nazik təbəqədən istifadə zamanı mümkündür. Alimlərin sözlərinə görə, qalınlıq 200 mikrometri ötdükdə, toxuma məhv olmağa başlayır, çünki qida maddələri və oksigen qan damarlarının iştirakı olmadan belə dərinliyə daxil ola bilmir. Onlar xüsusi polimer yaratmaqla bu problemi həll ediblər.

 

Orqan “çap edildikdən” sonra alimlər onu siçanın orqanizminə və ya insan bədəninə transplantasiya edir, orqan orada qan damarlarının köməyi ilə tədricən inkişaf edir, polimer isə tədricən parçalanır. Nəticədə lazımi üçölçülü forma və toxuma növlərinə malik işlək orqan yaranır.

 

Xatırladaq ki, bu yaxınlarda Rusiyada bioprinter vasitəsilə dünyada ilk dəfə işlək orqan çap edilib.

 
 
 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024