Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür 2016-02-11 12:00:12 / KONFRANSLAR

Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunur. Əsas məqsəd təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

 

Həmin gün dünyanın 70-dən çox ölkəsində “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən bir sıra tədbirlər təşkil edilir. Burada İnternetdə təhlükəsizliyin təmin edilməsi haqqında məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və tövsiyələr bildirilir.

 

Bu il “Daha yaxşı İnternet üçün öz töhfəni ver!” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 9 fevral tarixinə təsadüf edir.

 
 
 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024