Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlər işləniləcək 2016-02-11 11:39:30 / KONFRANSLAR

erilənlərin emalı mərkəzində yaddaş və hesablama resurslarının optimal paylanması üzrə metodların işlənilməsi, AzScienceNet elm kompüter şəbəkəsində “Enterprise Desktop Grid” xidmətlərinin yaradılması, bulud texnologiyalarında istifadəçilərin məlumatlarının yaddaş qurğularında dinamiki paylanması məsələləri, AzScienceCert-də toplanan məlumatlar əsasında təhlillərin aparılması, AzScienceNet-də hostinq xidmətlərinin yaradılmasına qoyulan tələblərin işlənilməsi istiqamətində elmi-tədqiqatlar davam etdiriləcək.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirdi.

R.Ələkbərov cari ildə şöbədə planlaşdırılmış işlər haqqında məlumat verərək superkompüter texnologiyalarının mövcud vəziyyəti, inkişaf perspektivləri, onlarda həll olunan məsələlərin analizi və təhlillərin aparılması, şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

 

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri diqqətə çatdıran məruzəçi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi üzrə elmi-tədqiqatların  davam etdiriləcəyini söylədi.

 

Direktor müavini AzScienceNet-in infrastrukturunun genişləndirilməsi və şəbəkədə yeni xidmətlərin təşkili işlərindən danışdı. Qeyd etdi ki, şəbəkənin infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet üzərindən “ElmTV” İnternet televiziyasının monitorlar şəbəkəsinin yaradılması və istismarı, AMEA-nın elmi müəssisə və təşkilatlarının AzScienceNet-ə fiberoptik əlaqə kanalları vasitəsilə qoşulması, AzScienceNet-in analoji şəbəkələrlə (MDB ölkələri üzrə) müqayisəli təhlili  və analizin aparılması işlərinin davam etdirilməsi planlaşdırılır.

 

O, həmçinin AzScienceNet-in texniki imkanlarının genişləndirilməsi məqsədilə yaddaş və hesablama resurslarının artırılmasından söz açaraq şəbəkənin internetə çıxış sürətinin 400 Mbit/s-ə çatdırılmasının nəzərdə tutulduğunu vurğuladı.

 

AzScienceNet üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin, İnternet üzərindən onlayn TV yayımının təşkili, AzScienceNet-də “Mutlimedia Qalereyası” sisteminin yaradılması və istismarı işləri, “Everest” və “BOİNC” platformaları əsasında paylanmış hesablama sistemlərinin, o cümlədən “Desktop GRİD” sisteminin yaradılması istiqamətində birgə işlərin aparılması, AzScienceNet-də Cloud Computing xidmətindən istifadə edilməsinin təşkili və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyi bildirildi.

 

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırdı.

 

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirlər haqqında da məlumat verdi.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şəbəkə texnologiyalarının elmi-nəzəri əsaslarının dərindən araşdırılması, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar və beynəlxalq təcrübənin tədqiqi, mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd etdi.

 

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024