Sifətin tanınması texnologiyasının hüquq mühafizə orqanlarının işində tətbiqi genişlənir. Şəkil və videosiqnal skan edilərək insan sifətinin cizgiləri fərqləndirilir, daha sonra məlumat bazasındakı nümunələrlə müqayisə edilir.
hi-news.ru saytının məlumatına görə, Tokio şəhərinin polis departamentinin mütəxəssisləri cari ilin aprelindən həbs edilmiş şübhəli şəxslərin 3D-şəkillərini hazırlayacaq.
Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, 3D-fotoşəkil müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərdə cinayətkarı daha sürətli və effektiv tanımağa imkan verəcək. Bununla yanaşı, insanın sifətini qismən örtən obyektlər onun tanınmasına mane olmayacaq.
3D-kameralar bütün region üzrə “102” polis bölməsində quraşdırılacaq və çəkilmiş sifət cizgiləri mərkəzi polis departamentinin məlumat bazasında saxlanılacaq.