Data mərkəzlər robotların köməyilə soyudulur 2013-07-30 09:42:52 / KONFRANSLAR

IBM korporasiyası özünün bir neçə Data Mərkəzində hərarəti nəzarətdə saxlamaq və enerji sərfiyyatının səmərəliliyini artırmaq üçün iRobot Roomba məişət robot-tozsoranlarının modifikasiya edilmiş versiyalarından istifadə edir. İstifadə olunan iRobot Create versiyaları Data Mərkəzlərdə “qaynar nöqtələri” aşkar edərək hərarəti tamamilə avtonom izləyə bilir. Robotlar həmçinin kondisiyalaşdırma üçün xərclərin münasib olması, lakin server cihazının lazımi soyutma ilə təmin olunması üçün real vaxt rejimində Data Mərkəzlərin 3D formatında hərarət xəritəsini də tərtib edə bilirlər. 

Bu üsuldan EMC şirkəti də Hindistandakı Data mərkəzlərində istifadə edir. Şirkətdən bildirilənə görə, yeni həll enerji təchizatına daha az vəsaitin xərclənməsinə imkan verir. 

IBM şirkətinin nümayəndəsi Conatan Linçlerin sözlərinə görə, robotlar RFID-nişan skanerləri ilə təchiz ediliblər ki, bu nişanları hesablayaraq temperaturun monitorinqi haqqında konkret tapşırıqlar alırlar. C.Linçler bildirib ki, hazırda IBM Data mərkəzlərdə temperaturun robotlaşdırılmış monitorinqi haqqında bir sıra məqalələr dərc etdirir. “Robotlar Data məkəzlərə yerləşdirilir, onlar nişanları saymaqla avadanlığın konkret modelini müəyyən edir, soyudulma səviyyəsini testdən keçirməklə məlumatları operatora göndərir”. 

cybersecurity.ru-nun məlumatına görə, yaradılmış sistem avadanlığa daim lazımi həcmdə kondisiyalaşdırılmağa, Data mərkəzlərin operatorlarına isə soyutmaya edilən əlavə xərclər istisna olmaqla, məsrəfləri azaltmağa imkan verir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020