“Symantec” şirkətinin kibertəhlükəsizliklə bağlı hesabatına əsasən, 2015-ci ildə internet istifadəçilərinə kibercinayətlər nəticəsində 158 milyard dollar məbləğində zərər dəyib.
Mütəxəssislərin sözlərinə görə, ötən il 594 milyon insan haker hücumlarının qurbanı olub. Hakerlər tərəfindən törədilmiş kibercinayətlərdən dəymiş zərər adambaşına orta hesabla 358 dollar təşkil edib.
“Rambler News Service”in məlumatına əsasən, kiberhücumlardan sonra texniki nasazlıqların aradan qaldırılmasına orta hesabla 21 saat sərf olunub.
Kibertəhlükəsizlik üzrə ekspertlər hesab edirlər ki, istifadəçilərin haker hücumlarının qurbanı olmalarına səbəb sadə parollardan istifadə etmələridir. Belə ki, daha mürəkkəb parollardan istifadə təhlükəsizliyin təmin olunması üçün ilkin şərtlərdəndir.