“Alcatel-Lucent” şirkəti verilənlərin suyun altında 7200 kilometr məsafədə optik lif vasitəsilə 31 Tbit/s sürətlə ötürülməsinə nail olub.
digit.ru saytının məlumatına görə, sınaq zamanı 155 lazerdən istifadə edilib ki, onların hər biri verilənləri 200 Qbit/s sürətlə ötürüb.
Qeyd edək ki, “Alcatel-Lucent” şirkəti 2006-cı il dekabrın 1-də “Alcatel” və Amerikanın “Lucent Technologies” şirkətinin birləşməsi nəticəsində yaradılıb. Şirkət telekommunikasiya avadanlığının tədarükü, həmçinin verilənlərin ötürülməsi sahəsində tədqiqatlarla məşğul olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.