Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi “Əməkdar mühəndis” fəxri adına layiq görülüb 2015-11-06 13:34:06 / KONFRANSLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə AMEA əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

 

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülənlər sırasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov da vardır. Prezidentin Sərəncamı ilə Rəşid Qurbanəli oğlu Ələkbərov “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

 

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Rəşid müəllimi təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyir!

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024