Wi-Fi siqnalını gücləndirən “ağıllı” router təqdim olunub 2015-11-02 09:36:50 / KONFRANSLAR

“Google” şirkəti və tanınmış elektronika istehsalçısı “Asus” seçilmiş qurğu üçün siqnalın gücləndirilməsi funksiyasına malik ikinci nəsil “ağıllı” routeri təqdim ediblər.

 

gazeta.ru saytının məlumatına görə, seçilmiş qurğu üçün Wi-Fi siqnalını gücləndirmək üçün əli “Asus OnHub” qurğusunun üzərinə yaxınlaşdırmaq kifayətdir. Qurğunun idarə olunması üçün iOS platforması ilə işləyən smartfon və ya “Google On App” proqramı quraşdırılmış Android əsaslı smartfon lazımdır.

 

Cari ilin noyabrında satışa çıxarılacaq qurğunun qiyməti 219,99 ABŞ dolları təşkil edəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024