Yeni mini-klaviaturanın 66 klavişi var 2013-06-19 14:59:32 / KONFRANSLAR

“Rosewill” şirkətinin mütəxəssisləri yaxın vaxtlarda ictimaiyyətə Rosewill Micro RK9000 adlı mini-klaviaturanın işlək prototipini nümayiş etdiriblər. İlk növbədə qeymerlər (gamer – kompüter oyunçusu) üçün nəzərdə tutulmuş klaviatura yığcam ölçüsü və cəmi 66 klavişə malik olmasıyla fərqlənir.

pitbit.ru saytının məlumatına görə, yeni klaviaturanın müəllifləri xüsusi rəqəm bloku və funksional klavişləri ləğv ediblər, üzərində ox işarələri olan klavişləri isə əsas blokla birləşdiriblər. Beləliklə, miniatür Rosewill Micro RK9000 klaviaturası tamamilə funksionaldır – burada klavişlərin əksəriyyəti bir neçə funksiya yerinə yetirir.

Mütəxəssislər hələ ki, Rosewill Micro RK9000 klaviaturasının nə zaman və hansı qiymətə satışa çıxarılacağını dəqiqləşdirməyiblər. Lakin bildirilir ki, o zərif alüminium korpusa, həmçinin kompüterə qoşulmaq üçün USB və PS/2 standart interfeyslərinə malik olacaq.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020