Monitorlar üçün 8K formatlı ilk panel hazırlanıb 2015-10-06 10:20:08 / KONFRANSLAR

“Japan Display” şirkəti masaüstü kompüter monitorları üçün 7680x4320 təsvir ölçüsünə malik 17,3 düymlük 8K formatlı ilk maye-kristal panel hazırlayıb. Bu göstərici Full HD ilə müqayisədə 16 dəfə, 4K ilə müqayisədə isə 4 dəfə yüksəkdir.

 

Şirkətdən bildirilib ki, televizorlarda bu panelin tətbiqi müəyyən vaxt tələb edir. Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin planına əsasən, 8K formatlı kommersiya televiziya yayımının tətbiqi yalnız 2018-ci il üçün nəzərdə tutulub.

 

hi-news.ru saytının məlumatına görə, 7-10 oktyabr 2015-ci il tarixlərdə Yaponiyada keçiriləcək “CEATEC” sərgisində təqdim ediləcək panelin satışa çıxarılma tarixi açıqlanmayıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024