“Genetik alqoritmlər” adlı kitab işıq üzü görüb. Kitabın müəllifləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, institutun böyük elmi işçisi Tamilla Bayramova, elmi redaktoru isə texnika elmləri doktoru Ramiz Alıquliyevdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabda genetik alqoritmlərin (GA) əsas strategiya və prinsipləri göstərilib, GA operatorlarının bir neçə modelləri haqqında məlumat verilib və GA-nın tətbiqinə aid bir neçə misal göstərilib. Müxtəlif optimallaşdırma məsələlərində GA-nın üstünlükləri və çatışmazlıqları haqqında məlumat verilib.
Kitab informasiya texnologiyaları sahəsində optimallaşma məsələlərinin həlli, intellektual sistemlərin yaradılması, elm, texnika, tədris, biznes və iqtisadiyyatda yeni informasiya texnologiyalarının tətbiqi ilə məşğul olan mütəxəssis, dissertant və tələbələr üçün nəzərdə tutulub.