2003-cü ildən etibarən keçirilən Nano Koreya sərgisi dünyada ikinci ən nəhəng beynəlxalq sərgi hesab olunur. Qeyd edək ki, tədbirin təşkilatçıları Koreyanın Təhsil, Elm və Texnologiya Nazirliyi, Ticarət Nazirliyi, Sənaye və Energetika Nazirliyi və digər 10 təşkilatdır.
www.expoclub.ru saytından aldığımız məlumata əsasən sərgi-simpoziumda təxminən, 40 ölkədən 12000 mütəxəssis, 2000-ə yaxin nanotexnologiyalar üzrə tədqiqatçı, 15 ölkədən 400 şirkət iştirak edəcək.
"Nanotexnologiyalar – gələcək nəsil sənayesinin avanqardıdır!" mövzusu ilə keçirilən tədbir çərçivəsində MicroTech World-6-cı mikrotexnologiyalar sərgisi, Laser Korea–4-cü lazer texnologiyalar sərgisi, Advanced Ceramics Expo–3-cü keramika sərgisi, Printed Electronics Korea – çap elektronikası sərgisi də keçiriləcək.
Ənənəvi olaraq hər il keçirilən bu ilki tədbirdə dünyanın müxtəlif ölkələrindən görkəmli alimlər, tədqiqatçılar və biznesmenlər bir araya gələcəklər.