E-dövlətin monitorinqi və idarə edilməsi üçün effektiv mexanizmlərə həsr olunmuş məqalə nüfuzlu jurnalda dərc olunub 2015-09-09 10:31:39 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovun “The Effective Mechanisms in Monitoring and Management of E-Government” (“E-hökumətin monitorinqi və idarə edilməsi üçün effektiv mexanizmlər”) adlı məqaləsi “Journal of Public Administration and Governance” jurnalında dərc olunub.

 

Məqalədə e-dövlətin formalaşdırılması və idarəetmə prinsipləri tədqiq edilib. Veb-analitikanın tətbiqi problemləri e-dövlətin idarəetmə göstəricilərinin səmərəliliyinin artırılması vasitəsi kimi araşdırılıb. Veb-analitika e-dövlətin monitorinqi və idarəetməsi üçün effektiv əks əlaqə mexanizmlərindən biri kimi təhlil olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024