AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “Нечеткая когнитивная модель стратегического управления информационной безопасностью электронного правительства” (“E-hökumətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model”) adlı məqaləsi “Информационные технологии” (Rusiya) jurnalında dərc olunub.
Məqalədə e-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsində qeyri-səlis koqnitiv modelləşdirmənin tətbiqi xüsusiyyətlərinə baxılıb. E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi faktorları müəyyən edilib və ekspert qiymətləndirməsi əsasında informasiya təhlükəsizliyinin idarə edilməsi üçün qeyri-səlis koqnitiv xəritə qurulub. Təklif edilmiş koqnitiv modelin əsasında e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsində müxtəlif strategiyaların nəticələri analiz olunub.
“Информационные технологии”, №6. Том 21. 2015, с. 440-447