“Panasonic” şirkəti “Eluga Switch” adlı qeyri-adi smartfon istifadəyə verib. Qurğu simmetrik dizayn və akustik sistemə malikdir.
Qurğunun üst və aşağı hissələri oxşardır və xüsusi istifadəçi interfeysi sayəsində cihazın istənilən vəziyyətində telefonla danışmaq mümkündür.
dailycomm.ru saytının məlumatına görə, “Panasonic Eluga Switch” 1,5 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 615” prosessoru, “Full HD” formatlı 5,5 düymlük “IPS” ekran, 13 və 8 meqapiksellik kamera, 2 Gb əməli və 32 Gb daxili yaddaşa malikdir. Qurğuya “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi quraşdırılıb.
Smartfonun hələ ki, yalnız Hindistanda satışa çıxarılması nəzərdə tutulub. Qiyməti təxminən 300 ABŞ dolları təşkil edir.