“Sony” şirkəti ilk fitnes-qolbağını təqdim etdikdən 1 il sonra “SmartBand 2”nin satışa çıxarılacağını elan edib. Yeni versiya qurğunun funksionallığını artıran ürək döyüntüsü və akselerometr datçikləri ilə təchiz olunmaqla təkmilləşdirilib. Artıq qurğu vasitəsilə “iPhone”lara qoşulmaq mümkündür.
Qeyd edək ki, “SmartBand”ın əvvəlki versiyası yalnız addımları hesablamaq üçün istifadə olunurdu. “SmartBand 2”nin yeni datçikləri sayəsində sahibinin sağlamlıq vəziyyəti və məşqlərini daha yaxşı izləmək mümkün olacaq. Qadjet insanın nəbzi, ürək döyüntülərinin dəyişkənliyi, bütün gün ərzində fiziki fəallıq və stress səviyyəsini ölçmə imkanına malikdir.
“SmartBand 2” istifadəçinin yuxuya getmə anını avtomatik aşkar edərək məlumatları toplayır və vibrasiya vasitəsilə ağıllı zəngli saat funksiyasını təklif edir.
Qolbaq xəbərdarlıqları ona qoşulmuş smartfondan translyasiya edərək daxil olan zənglərə və s. istifadəçinin diqqətini cəlb edə bilir.
Cari ilin sentyabr ayında ABŞ-da satışa çıxarılacaq qurğunun dəyəri 132 dollar təşkil edəcək.