ABŞ-da 3D-çap texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verilib 2015-08-06 09:24:17 / KONFRANSLAR

ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi tarixdə ilk dəfə 3D-printerin köməyilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib.

 

gazeta.ru saytının məlumatına görə, üçölçülü printerdə çap olunmuş yeni “Spritam” adlı dərman preparatı epileptik qıcolmalara nəzarət etmək üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, bu preparat ənənəvi dərman vasitələrindən daha effektiv ola bilər, çünki 3D-çap dozanın fərdi şəkildə seçilməsinə və aktiv elementlərin uyğunluğunun təmin olunmasına imkan verir.

 

Dərman qat-qat çap olunur ki, bu da onun ölçüsünün kiçilməsinə və orqanizmdə həll olma sürətinin yüksəlməsinə səbəb olur.

 

Alimlər yaxın gələcəkdə yeni texnologiya sayəsində fərdi dərman preparatlarının hazırlanmasının mümkün olacağını bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024