Brelok formasında kiçikölçülü kompüter nümayiş olunub 2015-07-28 09:47:01 / KONFRANSLAR

“Pipo” şirkəti televizor və ya monitora qoşulma üçün “HDMI” konnektoruna malik və brelok formasında hazırlanmış kiçikölçülü “X1” kompüterini nümayiş etdirib.

 

3dnews.ru  saytının məlumatına görə, “Pipo” şirkətinin yeni qurğusu “Bay Trail” platformasına əsaslanır.

 

Cihaz 1,33 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik “Atom Z3735F” prosessoru və “Intel HD Graphics” qrafik kontrolleri, 2 Gb əməli yaddaş və 32 Gb tutumunda fləş modulla təchiz edilib.

 

Kiçikölçülü kompüter “Wi-Fi 802.11n” və “Bluetooth” simsiz rabitə adapterlərinə malikdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024