Akademik Rasim Əliquliyev ACM-in əməkdar üzvü seçilmişdir 2015-07-22 09:43:50 / KONFRANSLAR

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ACM-in (Association for Computing Machinery – Hesablama Texnikası Assosiasiyası) əməkdar üzvü seçilmişdir. ACM-in üzvlərinin 25 faizini təşkil edən əməkdar üzvlüyə iş təcrübəsi ən azı 10 il olan, yüksək elmi nailiyyətləri ilə seçilən, davamlı Peşəkar Üzvlüyü 5 il təşkil edən üzvlər seçilir.

 

Qeyd edək ki, 1947-ci ildə əsası qoyulmuş ACM kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək verən, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan dünyanın ən böyük elm və təhsil cəmiyyəti hesab olunur. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri araşdırmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, professional şəbəkə imkanları təmin etməklə üzvlərinin özünüinkişafına şərait yaradır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024