4 TB tutuma malik ən nazik sərt disk təqdim olunub 2015-06-18 12:29:44 / KONFRANSLAR

Koreyanın “Samsung” şirkəti “P3 Portable” adlı sərt diskini təqdim edib. Qurğu 4 terabayt tutuma və ən nazik korpusa malik (19,8 mm) ilk yığıcıdır. “P3 Portable” xarici enerji mənbəyi tələb etmir.

 

vesti.ru saytının məlumatına görə, iyun ayının sonunda satışa çıxarılacaq qurğunun dəyəri hələ müəyyən edilməyib.

 

Həmin tarixdə eyni yaddaş həcminə, lakin daha möhkəm korpusa malik “M3 Portable” da satışa çıxarılacaq. Bu qurğu səyyahlar, idmançılar və aktiv istirahət həvəskarları üçün nəzərdə tutulub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024