Böyük Britaniyada planşetdən istifadə edən ailələrin sayı 54 faizədək yüksəlib 2015-06-18 11:41:58 / KONFRANSLAR

Planşetlər 5 il ərzində bazarda öz yerini tutmağa müvəffəq olub. Hətta 3-4 yaş arası uşaqların əksəriyyətinin planşetdən istifadə etməsi bunu sübut edir.

 

hi-news.ru saytının məlumatına görə, 2010-cu ildə “Apple iPad” planşeti ilk dəfə istifadəyə verildikdən sonra “Amazon Fire”, “Samsung Galaxy Tab” və “Google Nexus” kimi rəqiblər meydana çıxıb.

 

Bu sinfə aid qurğuların geniş yayılması insanların internetdə naviqasiyaya, həmçinin televiziya proqramları və filmlərin izlənməsinə qarşı yanaşmasını tamamilə dəyişib.

 

Qeyd edək ki, 2011-2015-ci illərdə Böyük Britaniyada planşetdən istifadə edən ailələrin sayı 2 faizdən 54 faizədək yüksəlib.

 

“Mail & Guardian” qəzetində dərc edilmiş “The tablet explodes: Old and young charge towards tech” adlı yazıda planşet qurğularının yayılmasında yaş amili nəzərdən keçirilib.

 

Burada qeyd olunub ki, 34-54 yaş arası istifadəçi auditoriyası planşetdən daha çox istifadə edir. Onların 66 faizi planşetə sahibdir. 2011-ci ildə isə bu yaş qrupunun yalnız 2 faizi planşetə sahib olub.

 

Yüksək texnologiyalar sahəsinin azyaşlı istifadəçilərinin 11 faizi planşetlərdən istifadə edir. Bununla yanaşı, uşaqlar internetə çıxış üçün noutbuklara üstünlük verir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024