Dərialtı çip qanı analiz edəcək 2015-06-05 13:12:32 / KONFRANSLAR

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin alimləri dəri altına yerləşdirilən diaqnostik çip hazırlayıblar.

 

Real vaxt rejimində qanı analiz etmək və qanın tərkibində olan müxtəlif maddələr barədə məlumatı dərhal əldə etmək üçün dərialtına qalınlığı cəmi bir kvadrat santimetr olan mikroçipi implantasiya etmək kifayət edir.

 

Qurğu qanda xolesterin və qlükozanın səviyyəsini, eləcə də bəzi dərman preparatlarının tərkibini ölçə bilir. Mikroçipin daxilində idarəetmə bloku, altı sensordan ibarət dəst, smartfonla əlaqə üçün “Bluetooth”-adapter və induksion kontur yerləşir.
 

Belə konstruksiya kənar akkumulyatorun yerləşdirilməsinə ehtiyacın olması ilə əlaqədardır ki, batareyanın dəyişdirilməsi üçün hər dəfə dərini kəsməyə ehtiyac qalmasın. Batareya dəriyə adi plastırla yapışdırılır.

 

ictnews.az saytının məlumatına görə, tədqiqatçılar artıq mikroçipi laboratoriya siçanları üzərində sınaqdan keçiriblər, insan üzərində sınaqlara isə yaxın beş ildə başlanılması nəzərdə tutulur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024