Video oyunlar Alsgeymer xəstəliyinə yoluxma riskini artıra bilər 2015-06-03 12:13:27 / KONFRANSLAR

Monreal Universitetindən (Kanada) olan alimlər iddia edirlər ki, yeniyetməlik dövründə video oyunlara aludə olmaq yaşlı vaxtlarda Alsgeymer xəstəliyinə yoluxma riskini artıra bilər.

 

Alimlərin bildirdiklərinə görə, bu zaman oyunçuların beyninin əsas hissəsində - quyruqlu nüvəsində dəyişikliklər olur ki, bu da hippokampda boz maddənin tükənməsinə gətirib çıxara bilər. Əvvəlki tədqiqatlar göstərib ki, yaddaş, təlim və emosiyaları idarə edən bu sahədə həcmin azalması demensiya (lat. dementia - ağılsızlıq) və depressiya da daxil olmaqla, nevroloji və psixoloji pozğunluqlarla əlaqəlidir. Kanadalı ekspertlər beyin dalğaları və gözlərin hərəkətindəki dəyişiklikləri qeydə almaqla, 26 oyunçu və 33 adi insanı sınaqdan keçiriblər.

 

Aydın olub ki, oyunçuların beyni naviqasiya vaxtı qeyri-oyunçulardan fərqli olaraq quyruqlu nüvədən 2 dəfə artıq (81 %) istifadə edir. Alimlər deyir ki, geymerlərdə quyruqlu nüvədən uzun müddətli istifadə nəticəsində boz maddə azalarsa, bu zaman onlar psixi xəstəliklərə daha çox meylli ola bilərlər. sciteclibrary.ru saytının bildirdiyinə görə, boz maddənin və beynin funksional fəallığının azalması videoyounlara çox alidə olan insanlarda Alsgeymer kimi nevroloji pozğunluqlar riskinin artmasına gətirib çıxara bilər.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020