İnformasiya təhlükəsizliyinin multidissiplinar problemlərinə həsr olunmuş konfrans başa çatdı 2015-05-15 10:10:13 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin seksiya iclaslarının sədrləri - AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik  Rasim Əliquliyev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

 

Seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirən akademik R.Əliquliyev bugünkü konfransın informasiya təhlükəsizliyinin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024