“Sensoria Fitness Socks” şirkəti tərəfindən “CES 2014” beynəlxalq istehlak sərgisində nümayiş etdirilmiş ağıllı corablar artıq satışa çıxarılıb. Corablara quraşdırılmış sensorlar insanın sürətini, tempini və sərf etdiyi kalorini ölçür.
Bundan başqa, ağıllı corablar daxili “GPS” modula malikdir və hərəkət marşrutunu izləyir. Ağıllı corablar topuğa taxılan qolbaqla birgə istifadə olunur. Bu qolbaq biometrik məlumatları toplayaraq smartfona ötürür. “Sensoria Fitness Socks” corabları “iOS”, “Android” və “Windows Phone” platformalarını dəstəkləyən mobil qurğulara yüklənən proqram vasitəsilə işləyir.
Qiyməti 199 ABŞ dolları təşkil edən ağıllı corablar hələ ki şirkətin rəsmi saytında satılır. Yaxın gələcəkdə isə bir çox internet mağazalarda əlçatan olacaq.