Aprelin 29-da AMEA Rəyasət Heyətində keçirilmiş AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında AMEA-nın akademik-katibi və elmi bölmələr üzrə akademik-katib vəzifələrinə seçkilər keçirilib.
Səsvermə nəticəsində AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq olunub.