“Microsoft” korporasiyası insanın baxdığı istiqaməti izləyən “Eye Tracking” texnologiyasını patentləşdirib. Bu, gələcəkdə “Əşyaların interneti”nin funksiyalarından və əlavə reallıq qurğularından biri ola bilər.
3dnews.ru saytının bildirdiyinə görə, sistem istifadəçinin diqqət yetirdiyi fiziki obyektləri, həmçinin onların təsvirini qeydə alır və əldə olunmuş informasiyanı məkan, tarix və s. ilə əlaqələndirərək onun profilinə daxil edir.
“Eye Tracking” funksiyası istifadəçi şəxsi məlumatlarının toplanmasına icazə verdikdən sonra aktivləşəcək.
Qeyd edək ki, məhsullar haqqında ətraflı məlumatın əldə olunması üçün hazırlanmış “HoloLens” və yeni nəsil “Google Glass” “ağıllı” eynəkləri “Eye Tracking”in daha sadə tətbiqləridir.