Bir dəqiqəyə enerji toplayan akkumulyator hazırlanıb 2015-04-10 09:45:38 / KONFRANSLAR

Stenford Universitetinin alimləri yeni alüminium-ion batareyalar üzərində işləyirlər. cnews.ru saytının məlumatına əsasən, yeni batareyalar hazırda bütün elektronika qurğularında istifadə olunan litium-ion ilə müqayisədə partlamağa daha az meyillidir və bu batareyaların enerji ilə doldurulması prosesi bir dəqiqə çəkir. Batareya smartfona yerləşdirildikdə onu bir dəqiqə ərzində elektrik şəbəkəsindən tamamilə yükləmək mümkün olacaq.

 

Universitetin professoru Day Honq Yenin bildirib ki, onların hazırladığı batareya litium-ion akkumulyatoru ilə müqayisədə təxminən iki dəfə az gərginliklə təmin edir, lakin alimlər bu göstəricini artırmağı hədəfləyiblər.

 

Yeni batareyaların bazara çıxarılma vaxtı haqqında dəqiq məlumat verilmir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024