İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “ADEX 2026” Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər 2026-10-08 08:30:00 / KONFRANSLAR

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və bir qrup əməkdaşı “ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak ediblər.

Regionda müdafiə sənayesinə həsr olunmuş ən böyük tədbirlərdən biri olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində fəaliyyət göstərən qurumlar, mütəxəssislər və ekspertlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanlar təqdim edib. Sərgi, həmçinin dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik sahəsində innovativ həllərin nümayiş etdirilməsi üçün mühüm platforma kimi çıxış edib.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları sərgi çərçivəsində müdafiə sənayesində tətbiq olunan müasir texnologiyalar, innovativ məhsullar və həllərlə tanış olublar, müdafiə və kibertəhlükəsizlik sahəsində müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.

    © İnformasiya Texnologiyaları İnstitutu, 2026