AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev 12-15 dekabr 2015-ci il tarixlərdə Şanxay (Çin) şəhərində keçiriləcək “Qeyri-səlis sistemlər və verilənlərin intellektual analizi üzrə Beynəlxalq konfrans”ın (The 2015 International Conference on Fuzzy System and Data Mining – FSDM2015) proqram komitəsinin üzvü seçilmişdir.