İnstitutun əməkdaşı Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub – VİDEO 2026-06-12 03:14:00 / KONFRANSLAR

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Baku TV-nin “Aktual gündəm” verilişinin qonağı olub.

Kibertəhlükəsizlik problemlərinin müzakirəsinə həsr olunan verilişdə Babək Nəbiyev kibertəhlükələrin yaratdığı risklərdən danışıb. Bildirib ki, kibermühitdə fərdi məlumatların və bank hesablarının ələ keçirilməsi ilə yanaşı, ideoloji müstəvidə də ciddi mübarizə gedir. Bu risklərin qarşısının alınmasında innovativ texnoloji həllərin roluna diqqət çəkən B.Nəbiyev dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasının vacibliyini vurğulayıb. Mərkəz rəhbəri bu məqsədə nail olmaq üçün dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti qurumlarının koordinasiyalı fəaliyyətinin zəruriliyini qeyd edib.

https://www.youtube.com/watch?v=DqUqp7hJsMo&t=3s

 

    © İnformasiya Texnologiyaları İnstitutu, 2026