ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “TV1” veb-saytının “Bakı vaxtı” verilişinin qonağı olub.
B.Nəbiyev verilişdə süni intellekt texnologiyalarının yüksək sürətlə inkişaf etdiyi müasir dövrdə artan kibercinayətkarlıq hadisələrinin qarşısını almaq üçün ölkəmizdə həyata keçirilən tədbirlərlə bağlı sualları cavablandırıb.
O, hazırda saxta xəbərlərdən istifadə etməklə, eləcə də vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi yolu ilə yayılan kibercinayətkarlıq hallarının artdığını qeyd edərək bu kimi risklərin yaranma səbəbləri, fişinq hücumlarının minimallaşdırılması üsulları, eləcə də bu hücumlardan qorunma yolları haqqında danışıb.
https://www.youtube.com/watch?v=Rz_Gw-G-DmU