Dissertasiya şurasının iclası keçirildi 2015-04-06 10:31:03 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD.01.231 Dissertasiya şurasında birdəfəlik doktorluq dissertasiyasının müdafiəsinin keçirilməsi üçün təşkil edilmiş Dissertasiya şurasının iclası keçirildi.

 

Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.

 

İclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan Şahnaz Şahbazovanın “Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları” mövzusunda dissertasiya işi təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

 

İddiaçı Ş.Şahbazovanın dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktorları, professorlar Məsumə Məmmədova və Cavanşir Məmmədov, texnika üzrə elmlər doktoru Nadir Ağayev təyin olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024