Sentyabrın 3-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı XII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Özbəkistan Elmlər Akademiyasının V.İ. Romankovski adına Riyaziyyat İnstitutu və Türkiyə Cümhuriyyəti Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin sonunda konfrans öz işini plenar sessiyalar və tematik seksiyalarla davam etdirib.
Qeyd edək ki, üç gün davam edəcək konfransda 10-dan artıq ölkədən tanınmış alimlərin iştirakı ilə məruzələr təqdim olunacaq, həmçinin gənc tədqiqatçılar üçün elmi seminarlar və panel müzakirələri keçiriləcək.