AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Norveçin Bergen şəhərində elmi ezamiyyətdə olub. GEANT Assosiasiyasının təşkil etdiyi NORDUnet adlı seminara Assosiasiyaya üzv olan müxtəlif ölkələrin nümayəndələri, alim və mütəxəssislər qatılıblar.
Ezamiyyət Azərbaycan Elm Fondunun “Sosial kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində baş tutub. Görüş zamanı qrant layihəsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Müzakirələr əsasən informasiya resurslarına federativ girişin təmin edilməsi, böyük həcmli verilənlərdə kibertəhdidlərin analizi və aşkarlanması, boşluqların idarə edilməsi və təhdidlərin prioritetləşdirilməsi, təhsil sektorunu hədəf alan təhdidlərin aradan qaldırılması və s. məsələləri əhatə edib.