Məlumat üçün bildiririk ki, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin hostinq sistemi müasir tələblərə və kibertəhlükəszilik qaydalarına uyğun olaraq yeniləndiyinə görə müasir maddi-texniki bazaya ehtiyac yaranmışdır. Bununla əlaqədar olaraq, hostinq xidmətinin fəaliyyətinin əvvəlki qaydada davam etdirilməsi mümküm deyildir.
Bu səbəbdən, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin hostinqində saxlanılan, proqram təminatı hostinqin tələblərinə cavab verməyən veb-resursların fəaliyyəti 31 may 2024-cü il tarixindən etibarən dayanadırılacaq.
Təşkilatlardan öz veb-resurslarını digər hostinq provayderlərində yerləşdirmələrini xahiş edirik.
AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin administrasiyası