“EaPConnect”in saytında “Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” ilə bağlı xəbər dərc olunub 2022-10-10 12:43:00 / KONFRANSLAR

“EaPConnect”in saytında “EaPEC 2022” – tədqiqat, elm, elmi müdriklik və texnologiyanın cəmiyyətə təsiri” adlı xəbər dərc olunub. Xəbərdə 28-29 sentyabr tarixlərində Bakıda keçirilmiş  “Şərq Tərəfdaşlığı E-infrastrukturlar üzrə V Konfrans”ın (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) seskiya iclasları və bağlanış mərasimi haqqında məlumat verilib.

Materialda qeyd olunub ki, iki gün ərzində bu konfransda 15 ölkədən 30 məruzəçi innovativ layihələrə dair maraqlı məruzələrlə çıxış ediblər.

“EapConnect” layihəsinin meneceri İrina Metyu yekun plenar iclasda konfransın əsas məqsədini ümumiləşdirib:

“Bu konfransın sonu insan əlaqələrinin inkişafının başlanğıcı və davamıdır. Burada təqdim olunan layihələrin və ya tədqiqat təşəbbüslərinin heç biri tədqiqat üçün texnologiya və texnologiyaya əsaslanan alətlər olmadan mümkün deyil. Bu layihələr ayrı-ayrılıqda icra edilmir - onların hər biri insanlar və təşkilatlar arasında əməkdaşlıq sayəsində həyata keçirilir. Əsas məqsəd insan şəbəkələrinin qurulması vasitəsilə texnologiyanın gücündən istifadə etməkdir”.

Günün ikinci yarısında Yer müşahidəsi, e-tibb və rəqəmsal humanitar elmlər üzrə seksiya iclasları keçirilib.

Materialın davamı ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mükündür.

eapconnect.eu

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024