28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda 5-ci Şərq Tərəfdaşlığının Elektron İnfrastruktur Konfransı (EaPEC 2022) keçiriləcək. “Əlaqələrin qurulması” mövzusunda keçirələcək olan tədbir Azərbaycanın tədqiqat və təhsil şəbəkəsi olan AMEA İnformasiya İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi tərəfindən təşkil olunacaqdır.
EaPConnect Tərəfdaşları 2019-cu ildən bəri ilk dəfə bölgənin Tədqiqat və Təhsil icmasını yenidən bir araya gətirəcəkdir. Beeynəlxalq tədbirdə Açıq Elm, Cloud, Kibertəhlükəsizlik, e-Təhsil, Təhsil, Elektron Səhiyyə və Yer Müşahidəsi, Rəqəmsal Humanitar Elmlər, İKT İnnovasiyası və Şəbəkə və s. mövzular müzakirə olunacaqdır. Konfrans EaPConnect ölkələrindən və digər bölgələrdən şəbəkə, yüksək hesablama gücü tələb edən komputerlər və elm və təhsil üçün informasiya texnologiyaları üzrə siyasətçiləri, tədqiqat menecerlərini və ekspertləri bir araya gətirəcəkdir.
Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz.
Növbəti həftələrdə konfransın əsas məruzəçiləri müəyyənləşdiriləcək və ilkin proqram dərc olunacaqdır.