ABŞ-da 2032-ci ilə qədər xalis 1,42 milyon işin avtomatlaşdırmaya itiriləcəyi proqnozlaşdırılır 2022-04-11 14:35:00 / TEXNOLOJİ YENİLİKLƏR

Forrester tərəfindən açıqlanan hesabata görə, avtomatlaşdırma növbəti on il ərzində ABŞ-da 11 milyondan çox işi əldən alacaq. 

Bu pis xəbərdir. Yaxşı xəbər budur ki, avtomatlaşdırma eyni zamanda 9,63 milyon yeni iş yeri yaradacaq ki, bu da 1,42 milyon xalis iş itkisi deməkdir.

Hesabatın müəlliflərindən biri, Forrester vitse-prezidenti və baş analitiki J. P. Gownder qeyd edir ki, "Bu, işçilərin başqa peşələr üzrə əlavə bacarıqlara ehtiyacı olacaq, bu, hər bir işçinin təkbaşına bacara biləcəyi bir şey deyil". "Universitetlər humanitar və elmi birləşdirən hibrid kurslar yaratmaqla yeni bacarıqların artırılmasına töhfə verə bilər. Mühəndislər sistemləri dizayn etməzdən əvvəl onların etikasını və onların nəticələrini başa düşməlidirlər."- o deyib. 

Forrester izah edir ki, avtomatlaşdırmanın yaratdığı yeni iş yerləri peşəkar xidmətlər və informasiya texnologiyaları ilə yanaşı, bərpa olunan enerji, yaşıl binalar və ağıllı şəhər infrastrukturu kimi yeni sənayelərdə olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024