NATO-nun dəstəyilə keçirilən beynəlxalq konfrans başa çatdı 2021-10-29 21:00:00 / KONFRANSLAR

NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransın bağlanış mərasimi baş tutdu.

Konfransın seksiya iclaslarının sədrləri çıxış edərək, iclaslarda təqdim olunmuş məruzələri yüksək qiymətləndirdilər, konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması və sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin elmi-nəzəri və praktiki problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024