AICT 2021 konfransı öz işinə başlayıb 2021-10-13 14:00:00 / KONFRANSLAR

Oktyabrın 13-də “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 15-ci IEEE beynəlxalq konfransı” (AICT 2021) öz işinə başlayıb. Tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən alim və mütəxəssisləri bir araya gətirməkdir.

“Zoom” platforması üzərindən onlayn keçiriləcək beynəlxalq konfransın əsas istiqamətlərinə Big data mühəndisliyi, maşın təlimi, kibertəhlükəsizlik, İKT-də yeni texnologiya və tendensiyalar, təhsildə və tibbdə İKT və s.  daxildir.

Oktyabrın 15-dək davam edəcək tədbirə dünyanın 70 ölkəsindən alim və mütəxəssislərin qatılacağı gözlənilir.

Qeyd edək ki, AICT 2021-ə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 əməkdaşının məruzəsi qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 
 
    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024