AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 21-22 iyun 2021-ci il tarixlərdə GEANT-ın Baş Assambleyasının 24-cü iclasında iştirak ediblər. Onlayn tədbirə Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Elm və Təhsil şəbəkələrindən nümayəndələr və layihə icraçıları qoşulub.
Tədbirdə GEANT Assosiasiyasının 2020-ci il üzrə illik hesabatı təqdim edilib, eləcə də 2021-2026-ci illər üzrə strategiyası təsdiq olunub. Bundan əlavə, GEANT tərəfindən təqdim edilən xidmətlərdə son yeniliklər haqqında məlumat verilib.
İclasda, həmçinin COVID-19 pandemiyasının Elm və Təhsil Şəbəkələrinin iş fəaliyyətinə təsiri üzrə müzakirələr aparılıb. Gələcəkdə keçirilməsi nəzərdə tutulan konfranslar və görüşlər barədə ümumi məlumat verilib.
Qeyd edək ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə ən azı 2 dəfə görüşürlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.