2017-ci ildə ilk uçan avtomobil satışa çıxarılacaq 2015-03-19 10:59:27 / KONFRANSLAR

Slovakiya istehsalçıları tərəfindən satışa çıxarılacaq “Aeromobil”in həm avtomobil, həm də şəxsi təyyarə kimi tamamilə funksional olması nəzərdə tutulur.

 

ictnews elektron xəbər xidməti hitech.vesti.ru saytına istinadən bildirir ki, uçan maşının dəyəri ilk vaxtlar 100 min avrodan aşağı olmayacaq. “Biz ikiölçülü məkandakı trafiki üçölçülü məkana keçirməyə ehtiyac duyuruq” – deyə bildirən layihənin yaradıcısı Yuray Vasulik əmindir ki, mövcud infrastrukturun çatışmazlıqlarına baxmayaraq, artıq yaxın illərdə uçan avtomobillər bizə adi gələcək.

 

“Aeromobil”in yaradıcılarının sözlərinə görə, Avropa Birliyi şirkətə yardım etməyə və yeni ixtiranın istehsalı və azad satışını lisenziyalaşdırmağa hazırdır. Belə avtomobilin uçuşu üçün 200 metr uzunluğunda zolaq kifayətdir.

 

Uçan avtomobildə yanacaq qismində adi avtomobil benzinindən istifadə olunacaq. Avtomobil sürmə rejimində saatda 160 km-dək, uçuş rejimində 200 km-dək sürət yığır. Yerüstü rejimdə 100 kilometrə 8 litr, uçuş rejimində 15 litr benzin işlədir. Əsas çətinlik ondan ibarətdir ki, uçan maşını sürmək üçün əksər ölkələrin qanunvericiliyinə görə pilota lisenziya tələb olunur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024