Dünya üzrə 300 milyona yaxın domen qeydiyyatdan keçib 2015-03-17 10:54:44 / KONFRANSLAR

“Verisign” şirkətinin domen sənayesinin inkişafına (Domain Name Industry Brief) dair hesabatına əsasən, 2014-cü ilin dördüncü rübündə İnternetdə dörd milyon yeni domen adı (2014-cü ilin üçüncü rübü ilə müqayisədə 1,3 faiz çox) qeydiyyatdan keçib, 31 dekabr 2014-cü ilə olan statistikaya əsasən, onların sayı 288 milyona çatıb. Dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz artıb.  

 

itexpert.org.ua saytının məlumatına görə, 2013-cü ildə yeni domenlərin illik hesablamada artımı 18,5 milyon domen adı və ya 7,3 faiz, 2012-ci ildə isə 26,6 milyon və ya 11,8 faiz olub.

 

2014-cü ilin dördüncü rübündə “.COM” və “.NET” üzrə qeydiyyatdan keçənlərin ümumi bazası 130,6 milyon domen adı (.COM - 115,6 milyon, .NET - 15 milyon) təşkil edib. İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə edilib. Maraqlıdır ki, 2012-2011-ci illərdə bu göstərici müvafiq olaraq 8 və 7,9 milyona bərabər olub.

 

Yüksəksəviyyəli 10 böyük domenlərin sayından “.TK” rüblük hesablamada 4 faizlik sürətli artım nümayiş etdirib.

 

2014-cü ilin dördüncü rübünün sonunda özək zonada 478 yeni domen yaranıb ki, onun da 65-i həmin ilin dördüncü rübü ərzində verilib. Yeni yüksəksəviyyəli domendə qeydiyyatların sayı 3,6 milyon və ya qeydiyyatın ümumi sayının 2,3 faizini təşkil edib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023